Haqqımızda

bacariX — Azərbaycanda xidmət göstərənlə xidmət axtaranı bir araya gətirən onlayn meydançadır.

Nə edirik

Usta, dizayner, repetitor, fotoqraf, proqramçı — kim hansı işi görürsə, elanını buraya qoyur. Axtaran isə kateqoriya, şəhər və qiymətə görə süzgəcdən keçirib elan sahibi ilə birbaşa əlaqə saxlayır.

Necə işləyir

1

Elan yerləşdir

Qeydiyyatdan keç, nə iş gördüyünü yaz, şəkil və qiymət əlavə et. Elan moderasiyadan keçdikdən sonra saytda görünür.

2

Uyğun adamı tap

Axtarış və filtrlərlə lazım olan xidməti seç, elan sahibinin reytinqinə və rəylərinə bax.

3

Birbaşa danış

Sayt üzərindən mesaj yaz və ya WhatsApp ilə əlaqə saxla. Şərtləri özünüz razılaşdırırsınız.

Barter — xidməti xidmətlə dəyiş

bacariX-də iş yalnız pulla ölçülmür. Elan sahibi müqabilində nə istədiyini yazırsa, xidməti xidmətlə dəyişmək olar — məsələn, dizayn müqabilində ingilis dili dərsi. Barter elanlarını ayrıca filtrlə tapmaq mümkündür.

Pulsuzdur

Elan yerləşdirmək, axtarmaq və əlaqə saxlamaq üçün heç bir ödəniş alınmır. Komissiya da götürülmür — razılaşma birbaşa tərəflər arasında olur.

Təhlükəsizlik

Elanlar dərc olunmazdan əvvəl yoxlanılır, şübhəli məzmun silinir. Buna baxmayaraq, ödənişi işdən əvvəl tam köçürməməyi və razılaşmanı yazılı saxlamağı tövsiyə edirik.

Sualın var?

Bizimlə əlaqə saxla və ya tez-tez verilən suallara bax.